Azərbaycan çempionatında qapçı fantastik qol vurdu - VİDEO
    • 18-12-2023, 11:37
    • 164

Azərbaycan çempionatında qapçı fantastik qol vurdu - VİDEO

Azərbaycan çempionatında qapıçı fantastik qol vurub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu, Əvəzedicilər liqasının 17-ci turunun "Turan Tovuz" - "Zirə" oyununda baş verib. Qonaqların qolkiperi Səlim Həşimov "Turan Tovuz"un qapısına gözəl qol vurub. 17 yaşlı əlcək sahibi öz cərimə meydançasından topu rəqib qapısına göndərib.

Qeyd edək ki, görüş "Zirə"nin əvəzedicilərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.