- BVF rəhbərindən üzücü açıqlama:
    • 18-12-2023, 12:28
    • 152

- BVF rəhbərindən üzücü açıqlama: "Ukrayna bir neçə ay yaşayacaq"

Kiyev bir neçə aylıq mümkün qısamüddətli maliyyə çatışmazlığının öhdəsindən gələ bilər.

News24.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgieva bildirib.

“ABŞ və Aİ-nin hələ də ölkə üçün maliyyə paketləri üzərində mübahisə etdiyi bir vaxtda, Ukrayna yeni maliyyə dəstəyinin çatışmazlığına "tənzimləməli" olsaydı, iqtisadiyyatın bərpası risk altında olardı. Növbəti gecikmələr Kiyevi keçən il Rusiyanın işğalından sonrakı aylarda olduğu kimi, pul çap etmək kimi sabitliyi pozan siyasətə qayıtmağa məcbur edə bilər”.

Onun sözlərinə görə,  müddəti uzatmamaq vacibdir, çünki bu, ölkənin daha yaxşı iqtisadi perspektivlərə malik olduğu bir vaxtda Ukraynaya daha çox təzyiq göstərəcək.

"Nəhayət, mən onların maliyyə alacaqlarına ümid edirəm",- deyə o əlavə edib.

ABŞ və Aİ-nin Kiyevə əlavə uzunmüddətli maliyyə dəstəyi göstərməməsi Ukraynanın Rusiyaya qarşı əks-hücumunun böyük əraziləri azad edə bilməməsindən və Moskvanın infrastruktura hava hücumlarını artırmasından sonra baş verib.

Ötən ay qəbul edilmiş büdcəyə əsasən, Ukrayna gələn il müttəfiqlərindən 41 milyard dollar büdcə dəstəyinə ehtiyac duyacaq. O, Aİ-dən 18 milyard dollar, ABŞ-dan 8,5 milyard dollar, BVF-dən 5,4 milyard dollar, digər inkişaf banklarından 1,5 milyard dollar və Böyük Britaniyadan 1 milyard dollar gözləyir.

 Ayşən