ADY: "Qatarların sürət həddi bərpa olunub"
    • 18-12-2023, 13:38
    • 130

ADY: "Qatarların sürət həddi bərpa olunub"

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.

Bu barədə News24.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, sərnişinlərdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.