Erməni keşiş kin püskürdü
    • 19-12-2023, 00:07
    • 421

Erməni keşiş kin püskürdü


Erməni arxiyepiskop Baqrat Qalstanyan azərbaycanlılara nifrətini gizlətməyib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Tavuş yeparxiyasının rəhbəri çıxışında Azərbaycana qisas çağırışı edib və intiqam istədiyini söyləyib.

“Bəli, mən özümü revanşist hesab edirəm, ömrümün son saniyəsinə qədər belə yaşayacam”, - keşiş bildirib.

Qalstanyan bunun “nifrət” yox, “sevgi” olduğunu iddia edib.