Azərbaycanlıların kütləvi qətlində iştirak edən keşiş YARALANDI
    • 20-09-2023, 11:25
    • 2 430

Azərbaycanlıların kütləvi qətlində iştirak edən keşiş YARALANDI

Qarabağda aparılan lokal antiterror tədbirlərində 44 günlük müharibədə Azərbaycanı hədələyən keşiş Ovannes Ovannesyan da yaralanıb.

News24.az xəbər verir ki, bu barədə o, Ermənistanın tert.am saytına özü məlumat verib.

Xatırladaq ki, 44 günlük müharibədə əlində silah “Tək başıma qalsam belə, Kəlbəcəri müdafiə edəcəm" deyərək din adamına məxsus olmayan bir üslubda Azərbaycanı hədələməsi geniş müzakirəyə səbəb olmuşdu. Lakin Qarabağda gedən döyüşlər zamanı əlində Kalaşnikovla Azərbaycanı təhdid edən keşiş Ermənistanın məğlubiyyətindən sonra İrəvana qaçmışdı. 

O. Ovvanisyan 1992-ci ildə Kəlbəcərdə azərbaycanlıların kütləvi qətlində iştirakına görə axtarışda olanlar sırasındadır.

Akqabay