Xatirənin bu geyimi lağa qoyuldu – FOTO
    • 19-12-2023, 11:16
    • 431

Xatirənin bu geyimi lağa qoyuldu – FOTO

Müğənni Xatirə İslam geyimi ilə diqqətləri üzərinə cəmləyib. 

News24.az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi dəri materialdan qara rəngdə dekolteli top, üzərinə isə qısa şort geyinərək obyektiv qarşısına keçib. 

Diqqətçəkən məqam isə Xatirənin həmin geyimi qırmızı corabın üzərinə geyinməsi olub. Müğənni geyimini hündürdaban ön və arxa hissəsi açıq ayaqqabı ilə tamamlayıb. Sosial şəbəkə hesabında şəkillərini yayımlayan X.İslamı izləyicilər geyim tərzinə görə sərt şəkildə tənqid ediblər. 

Onlar "Bunlar qocaldıqca ağıllarını itirirlər", "Ancaq bu qədər zövqsüz olmaq mümkün idi" kimi şərhlər yazaraq Xatirənin geyimini bəyənməyiblər.