Xatirə İslam: "Bir az özünə gəl"...
    • 14-11-2018, 12:08
    • 4 038

Xatirə İslam: "Bir az özünə gəl"...

Müğənni Xatirə İslamın cəsarətli geyimi haqda məlumat vermişdik.

Təxmin etdiyimiz kimi, müğənninin sözügedən sinə dekolteli geyimi çoxları tərəfindən müzakirə edilib. Xatirə bu haqda açıqlama verib.

“Mən nəyi geyinə bilərəm, bilmərəm, evdə nəyə icazə verərlər, onu çox yaxşı bilirəm. Çox istərdim ki, 10 kiloqram arıq olum, bundan da açıq libaslar geyinim. Qısa paltarlar geyinməyi sevirəm. Çox dəbli geyinmək istərdim. Həmin geyimin parçasını üç ay gözləmişəm... Geyimlərimə pul ödəmirəm deyə, qiymətini bilmirəm. Stilistimə dedim ki, paltarın sinəsinə broş taxım, o isə bunu istəmədi. Amma mən yenə də broşdan istifadə etdim. İçimdəki qeyrət dedi ki, bir az özünə gəl... Hər dəqiqə açıq geyinmirəm, geyinsəm, gözləri yoraram. Arada geyinirəm. O da belə səs-küy yaradır. Yazılan rəylərə fikir vermirəm”, - deyə, Xatirə bildirib.

News24.Az