Azərbaycanda toyda göydən pul yağdı - VİDEO
    • 19-12-2023, 11:49
    • 820

Azərbaycanda toyda göydən pul yağdı - VİDEO

Azərbaycanda toy məclislərindən birində qeydə alınan görüntülər gündəm olub.

News24.az metbuat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüdə toyda yüksək miqdarda pulun "şabaş" atıldığı görülür.

Görüntülər sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub. Bir qism videodakı pulların saxta olduğunu qeyd edib, digərləri isə bu hərəkəti qeyri-etik, lazımsız addım adlandırıblar.

Sözügedən videonu təqdim edirik: