-
- 19-12-2023, 12:45
- 184
"Bu qanunun çox mühüm əhəmiyyəti var" - Səməd Seyidov
Qanun layihəsi xaricdə çalışan yalnız diplomatların deyil, onların ailə üzvlərinin də işlə təmin edilməsini nəzərdə tutur.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı millət vəkili Səməd Seyidov deyib.
Bu saziş bizim diplomatların iş fəaliyyətini yüksək səviyyədə artırmaqla, həm də Serbiya ilə münasibətləri inkişaf etdirəcək.
Qumral Əliyeva