-
- 9-04-2019, 20:44
- 1 060
Prezident İlham Əliyev FHN-ə TAPŞIRIQ VERDİ
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkəyə humanitar yardım göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə (FHN) tapşırıq verib. News24.az-ın xəbərinə görə, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.
Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.
Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.