Rusiyada məktəblərdə telefondan istifadə QADAĞAN EDİLDİ
    • 19-12-2023, 18:29
    • 213

Rusiyada məktəblərdə telefondan istifadə QADAĞAN EDİLDİ

Rusiya prezidenti Vladimir Putin məktəblilərin dərs zamanı şəxsi mobil telefondan istifadəsini qadağan edən qanun imzalayıb.

News24.az xəbər verir ki, sənədə əsasən, telefonlardan yalnız tələbələrin və ya təhsil müəsissəsinin əməkdaşlarının həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə oluna bilər.

Dövlət Dumasının Təhsil Komitəsinin rəhbəri Olqa Kazakova bildirib ki, qanun layihəsi təhsil fəaliyyətləri xaricində, fasilələr zamanı telefonlardan istifadəni məhdudlaşdırmır.

Qanunun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Qumral