-
- 6-12-2023, 14:21
- 275
Məktəblərdə smartfonlardan istifadə QADAĞAN edildi
Dövlət Duması plenar iclasda SİM kartlı smartfon və planşetlərin sinifdə hətta təhsil məqsədləri üçün istifadəsini qadağan edən düzəlişi dəstəkləyib.
News24.az Lent.az-a istinadla bildirir ki, smartfondan yalnız həyat və ya sağlamlıq üçün təhlükə ilə bağlı fövqəladə hallarda istifadə etmək mümkün olacaq. Digər hallarda qadcet qadağandır.
Maraqlıdır ki, noyabrda Dövlət Dumasında qəbul edilmiş qanun layihəsinin ilkin variantında tədris məqsədləri üçün dərslərdə rabitə vasitələrindən istifadəyə icazə verildiyi bildirilib. Nəticədə Dövlət Duması təhsil məqsədləri üçün istifadəni məhdudlaşdırmaq qərarına gəlib.
“Rusiya Federasiyasında təhsil haqqında” qanun məktəblilərin “dərs zamanı rabitə vasitələrindən istifadə etməməsini” nəzərdə tutur. Dövlət Dumasının sədri Vyaçeslav Volodin dərslərdə telefonların qadağan olunmasını nəzərdə tutan düzəlişin edilməsini təklif edib.