Bu ölkədə elektron siqaretlər QADAĞAN OLUNACAQ
    • 1-08-2023, 15:15
    • 280

Bu ölkədə elektron siqaretlər QADAĞAN OLUNACAQ

Qazaxıstanda elektron siqaretlərin istifadəsini tamamilə qadağan edən qanun layihəsi hazırlanır.

News24.az xəbər verir ki, Qazaxıstan baş nazirinin müavini və maliyyə naziri Yerulan Camaubayev Nazirlər Şurasının həftəlik iclasından sonra jurnalistlərə açıqlamasında elektron siqaretlərin istifadəsini tamamilə qadağan edən qanun layihəsinin hazırlandığını bildirib.

Bunun indi milli təhlükəsizlik məsələsi olduğunu qeyd edən Camaubayev, "Elektron siqaretdən istifadənin fəsadları hələ tam araşdırılmayıb. Uşaqlarımız bundan istifadə edirsə, bu, milli təhlükəsizlik məsələsidir. Ona görə də bunu tamamilə qadağan edəcəyik" deyib.

Sözügedən qadağanın parlamentin açılışı ilə gələ biləcəyinə diqqət çəkən Camaubayev, elektron siqareti qadağan edən qanunun qüvvəyə minməsi ilə hökumət olaraq mübarizəyə başlayacaqlarını bildirib.

Maliyyə Nazirliyinin məlumatına görə, ölkədə elektron siqaret ticarəti 300 dəfə artıb.

Xüsusilə gənclər arasında elektron siqaretdən istifadənin artdığı ölkəyə son 2,5 ildə 3 milyona yaxın elektron siqaret idxal edilib.

Aydan