Güneyli fəal həbs edildi
    • 19-12-2023, 23:13
    • 285

Güneyli fəal həbs edildi


Güneyli milli fəal Salar Tahir Əfşar bu gün Urmiya şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbrizin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinə aparılıb.

News24.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, ETTELAAT qüvvələri məhkəmə qərarı olmadan milli fəalın atasının evinə basqın ediblər və evdə qanunsuz axtarış edərək onu həbs ediblər.

Qeyd edək ki, hələlik onun həbs səbəbi ilə bağlı dəqiq məlumat yoxdur