Daha bir güneyli fəal HƏBS EDİLDİ - FOTO
    • 25-08-2023, 12:20
    • 145

Daha bir güneyli fəal HƏBS EDİLDİ - FOTO

Güney azərbaycanlı Məhəmmədrza Məhəmmədi  Təbrizin “Traktor” və BƏƏ-nin “Şarja” futbol komandalarının oyununu izləmək üçün Təbrizin Səhənd stadionuna daxil olarkən təhülkəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məıumat yayıb.

Məlumata görə, o, üzərində Urmu gölünün təsviri olan köynək geyindiyi üçün saxlanılıb. Köynəyin üzərində isə “Urmu gölüm qurumaz” sözləri yazılıb. 

Milli fəalın yaxınları bildiriblər ki, Məhəmmədrza Urmu gölünü dəstəkləyən şüarlar yazılmış köynək geyinən dostları ilə birlikdə stadiona daxil olarkən təhlükəsizlik qüvvələri ilə aralarında münaqişə baş verib.

Aynurə