Zelenski ailəsinin harada olduğunu açıqladı
    • 20-12-2023, 09:18
    • 153

Zelenski ailəsinin harada olduğunu açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski hazırda ailəsinin harada olduğunu açıqlayıb.

News24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Zelenski bu haqda bu gün keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb.

Ukrayna liderinin sözlərinə görə, oğlu məktəbdə, qızı isə Ukraynada universitetdə dərslərdə iştirak edir.

"Onların burada olduqlarına görə şadam", - Zelenski əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yayında Ukrayna Prezidenti ailə üzvlərini xaricə aparmaqdan imtina etdiyini bildirib. Onun sözlərinə görə, övladlarının ölkə üçün belə ağır bir vaxtda "xaricə gedib çimərlikdə günəş vannası qəbul etməsi" ədalətsizlik olardı.