Paşinyan və Rəisi “3+3” platforması üzrə fikir mübadiləsi aparıb
    • 20-12-2023, 22:00
    • 296

Paşinyan və Rəisi “3+3” platforması üzrə fikir mübadiləsi aparıb


Ermənistan baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Hökuməti məlumat yayıb.

Tərəflər Ermənistan-İran münasibətlərini müzakirə ediblər.

“3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) platforması üzrə fikir mübadiləsi aparılıb.

Paşinyan və Rəisi Tehranda keçirilən görüşü faydalı qiymətləndiriblər.