-
- 21-12-2023, 13:47
- 281
HƏMAS İsrailin təklifini rədd etdi
HƏMAS İsrailin məhbusların azad edilməsi müqabilində bir həftəlik atəşkəs təklifini rədd edib.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Misir rəsmilərinin sözlərinə görə, HƏMAS bəyan edib ki, israilli girovların azad edilməsi məsələsini müzakirə etməzdən əvvəl atəşkəs əldə etmək lazımdır.
“HƏMAS-ın imtinası danışıqların uğursuzluğu demək deyil. Bu, daha çox İsraildən daha ciddi güzəştlər qoparmaq üçün strateji addımdır”, - nəşr qeyd edib.
Təklifə əsasən, İsrail Qəzza zolağında quru və hava əməliyyatlarının bir həftə müddətinə müvəqqəti dayandırılması müqabilində tibbi müalicəyə ehtiyacı olan qadın, uşaq və yaşlı kişilərin də olduğu 40 girovu azad etməyə çalışır.
Bundan əlavə, İsrail anklava daha çox humanitar yardımın daxil olmasına icazə vermək istəyir.
Ayşən