Türk müğənnisi Azərbaycana görə ermənilərə EMBARQO QOYUB
    • 10-04-2019, 12:54
    • 1 847

Türk müğənnisi Azərbaycana görə ermənilərə EMBARQO QOYUB

Türkiyə ilə yanaşı Azərbaycanda və Rusiyada fəaliyyət göstərən türk müğənnisi Adil Karaca maraqlı açıqlama edib.

News24.az xəbər verir ki, ifaçı tez-tez ermənilər tərəfindən toya dəvət aldığını açıqlayıb: “On iki ildir Rusiyada yaşayıram. Dəfələrlə ermənilər tərəfində həm Rusiyanın, həm də Avropanın bir sıra şəhərlərində təşkil etdikləri toylara dəvət almışam. Amma heç vaxt qəbul etməmişəm. Bu, Azərbaycana olan sevgi və sədaqətimdən irəli gəlir. Özümü Azərbaycan xalqına çox şeydə borclu sayıram. Buna görə də yediyim çörəyə heç vaxt xəyanət etmərəm. Azərbaycanı vətənim, xalqını xalqım hesab ediriəm. Mənə qarşı olan xoş münasibəti, öz millətimi heç vaxt erməni puluna satmaram. Mənim üçün vətən və millət hər şeydən öncə gəlir”.

Teymur MƏMMƏDOV