"Mahnıya xərclənən pulu toydan çıxarırıq" - Yaşar Cəlilov
    • 29-10-2018, 13:16
    • 2 159

"Mahnıya xərclənən pulu toydan çıxarırıq" - Yaşar Cəlilov

Müğənni Yaşar Cəlilov özünün və həmkarlarının mahnılara çəkdikləri xərcdən danışıb. 

News24.az xəbər verir ki, ifaçı yazdırdıqları mahnı ilə xərclənən məbləğdən daha artığını qazandıqlarını bildirib:

“Düzgün danışsaq, mahnıya xərclənən pulu toydan çıxarırıq. Əgər bir mahnıya 10 min xərc çəkmişəmsə və həmin bəstəyə görə 10 toya dəvət olunmuşamsa, deməli artıq xərcin 10 qatını çıxarmışam. Həm də rəqəmsal platformalardan da müəyyən gəlir əldə edə bilirik.

Bunun bir də uğur gətirmək məsələsi də var. Mahnı YouTube-a yüklənir və qısa zamanda 1 milyon baxış toplayırsa deməli yeniliyimdən o qədər dinləyicinin xəbəri olub. Bu özü də qazancdır”.

 Y.Cəlilov həmçinin xüsusi olaraq toya dəvət almaq üçün mahnı ifa etmədiyini də açıqlayıb:

“Mən bu haqda heç vaxt düşünmürəm. Çünki toydan toy tuturam. Səmimi etiraf edim ki, heç vaxt efirdən sonra mənə zəng edib toy qiymətimlə maraqlanmayıblar nə də ki çağırmayıblar.

Mənim daimi müştərilərim var. Onların xoş günlərində çıxış edirəm və elə orada da başqa toylara dəvət alıram. Amma elə mahnılar da var ki, məhz toy üçün yazılır və ifa olunur. Ona da pis baxmıram. Çünki toydan qazandığımız qədər heç yerdən pul qazana bilmirik”.

Teymur Məmmədov