Tovuzda kürəkən qayınatasını bıçaqladı
    • 22-12-2023, 21:50
    • 201

Tovuzda kürəkən qayınatasını bıçaqladı


Tovuzda bıçaqlanma hadisəsi baş verib.

News24.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Fərhad Yusibov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə F.Yusibovu kürəkəni bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.