Tovuzda qəzada bir qadın həlak olub
    • 27-07-2022, 22:40
    • 410

Tovuzda qəzada bir qadın həlak olub

Daxili İşlər Nazirliyi Tovuzda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, hadisə yerinə Tovuz RPŞ Dovlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.

22.13

Tovuzda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, ölən qadın rayonun Aşağı Quşçu kənd sakini 1966-cı il təvəllüdlü Tağıyeva Rəna Fərman qızıdır.

Xəsarət alanlar Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdü Tağıyev Fərman Həsən oğlu, 2016-ci il təvəllüdlü Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Rəmzi Xanoğlan oğludur. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvüləridir. Faktla bağlı araşdırma aparılır.

21.31

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan 2 "VAZ" markalı avtomobil toqquşub.

Qəza zamanı bir qadın ölüb, bir nəfər ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. /APA/