-
- 24-12-2023, 11:09
- 682
“Ona aktyor deməyək” - FOTO
Aparıcı-aktyor Azər Axşamın bəzi həmkarları haqda fikirləri gündəm olub.
News24.az olay-a istinadən xəbər verir ki, "10-da görüşək" verilişində qonaq olan sənətçi Fərda Xudaverdiyevə aktyor deyilməməsini söyləyib:
"Aktyor deməyək. Evimizi yıxan odur. Bu sənətdə aktyorlar sırf peşəkarlar sayılır. Türkiyədə çox gözəl söz var oyunçu, bir də var aktyor. Hər kəs oyunçu ola bilər, amma hər kəs aktyor ola bilməz. Əgər mən Fərdaya aktyor deyirəmsə, onda mən kiməm? Mən bu peşə üzrə təhsil almışam, müəllimlərdən dərs almışan, bu sənətin diplomunu almışam. Ona görə də, aktyor adını qazanmışam.
Onlar isə aktyor yox, oyunçudurlar. O tipdə olan adamlar. Onlar bu sənətə kənardan gəliblər. Yəni Mədəniyyət və İncəsənət Universitetinin Dram Teatr aktyorluğunu və ya Musiqili Komediya Teatr aktyorluq fakultəsini bitirməyiblər.
Məsələn, mən Konservatoriyanı bitirməmişəm, amma musiqi aləmində istedadlıyam. Konservatoriyanı bitirənə qədər mən peşəkar musiqiçi sayıla bilərəmmi? Bütün sənətlər həvəsdən başlayır. Amma bir də var ki, onu peşəkar səviyyəyə çatdırmaq. Onun elmini öyrənməkdir.
Heç kimin xəstirnə dəyməsin.Bu, o anlama gəlmir ki, istedadsızdırlar. Xeyr, sözlərim səhv anlaşılmasın. Məsələn, aktyoram və rejissorluğa başlayıram. Gör, mən neçə müddət işləməliyəm və elə bir işlər görməliyəm ki, rejissor adına layiq görülüm. Hara da fırlansan, sən rejissorluğun sirrlərini öyrənməlisən"