-
- 10-04-2019, 14:49
- 959
Əli Əhmədov: "Bu, Bakıda yataqxanada baş verən 5-ci yanğın hadisəsidir" - YENİLƏNİB
Baş nazirin müavini Əli Əhmədov bu gün Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusda baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib.
Hadisə yerində olan News24.az-ın əməkdaşının verdiyi məlumata görə nazir müavini məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən hadisə ilə maraqlanıb. O, hadisədən zərər çəkən sakinləri dinləyib.
Ə. Əhmədov eləcə yanğın baş verən binanın içərisinə baxış keçirib.
Daha sonra jurnalistlərə açıqlama verən baş nazir müavini qeyd edib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq:
“Yanğının baş verdiyi binada məskunlaşan sakinlərin vəziyyəti çox ağırdır. Yeni tikilən mənzillərə daha ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürülür. Ehtiyacı olan məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi bizim üçün hədəfdir. Son bir neçə ayda Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda 5-ci dəfədir ki, yanğın hadisəsi baş verir. Mən bununla bağlı nə isə demək istəmirəm. Yanğınların baş vermə səbəbi araşdırılır. Mənzilə ehtiyacı olan sakinlərin sayı həddindən artıq çoxdur. Yaxın illər ərzində bu problemi əhəmiyyətli dərəcədə aradan qaldıracağıq”.
Afaq MİRAYİQ