Məcburi köçkünlərin yataqxanasında baş verən yanğında 45 yaşlı kişi özünü atdı - FOTO - YENİLƏNİB
    • 10-04-2019, 11:41
    • 1 027

Məcburi köçkünlərin yataqxanasında baş verən yanğında 45 yaşlı kişi özünü atdı - FOTO - YENİLƏNİB

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb. 

News24.az Open.az-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili yardım sövq edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın saytımıza verdiyi məlumata görə, 45 yaşlı bir kişi qorxudan özünü pəncərədən yerə atıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.

Binada olan sakinlər təxliyyə edilir.

Qeyd edək ki, yataqxana Babək prospektində yerləşir.

****

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb. News24.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.