Abşeron Polisindən silah və narkotik - ƏMƏLİYYATI - VİDEO
    • 24-12-2023, 13:54
    • 214

Abşeron Polisindən silah və narkotik - ƏMƏLİYYATI - VİDEO

Abşeron rayonunda ötən gün keçirilən tədbirlər zamanı 4 odlu silah aşkar edilib, qanunsuz dövriyyədən 7 kiloqram narkotik vasitə çıxarılıb.

News24.az xezerxeber.az-a istinadən bildirir ki, şübhəli kimi saxlanılan əvvəllər məhkum olunmuş - Novxanı qəsəbəsi sakini Saleh Ağayevdən 1 ədəd "Kalaşnikov" markalı avtomat, 8 ədəd patron, 1 ədəd daraq, Mehdiabad qəsəbəsi sakini Pünhan Nəbiyevdən "Makarov" tapançası, 5 ədəd patron, 1 ədəd daraq aşkar edilərək götürülüb. Bununla yanaşı Qobu qəsəbəsi sakini Ramin Rzayevdən "TT" markalı tapança, 2 ədəd patron və  daraq,  Xırdalan şəhər sakini Elvin Abdullayevdən isə  "AK-74" avtomatı, 15 ədəd patron, elədə də daraq aşkar olunub.