Azərbaycanda yeni “Mall” açıldı - FOTO
    • 25-12-2023, 11:00
    • 871

Azərbaycanda yeni “Mall” açıldı - FOTO

Lənkəranda “Dosa Mall” Ticarət Mərkəzi fəaliyyətə başlayıb.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, dekabrın 23-də Lənkəranda “Dosa Mall” ticarət mərkəzinin açılışı baş tutub.

Belə ki, ticarət mərkəzində 100-dən artıq ticarət obyektinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Vaxtilə sözügedən ticarət mərkəzi “Zabitlər evi” kimi fəaliyyət göstərib.

“Dosa mall” Müzəffər Nəsirli küçəsi, Heydər Əliyev parkının yanında yerləşir.