-
- 25-12-2023, 12:26
- 241
Avropa Məhkəməsi Azərbaycana qarşı siyasi qərarlar çıxarır - VİDEO
Avropa Məhkəməsi Azərbaycana qarşı siyasi qərarlar çıxarır.
News24.az “Report”a istinadla xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.
“Təəssüf ki, Avropa Məhkəməsi ölkəmizə qarşı qərarlar çıxaranda siyasi mövqedən çıxış edir. Hazırda Azərbaycan Avropa Məhkəməsində seçkilərlə bağlı 24 işdə uduzub. Buna əsas səbəb isə hansısa sənədlərin düzgün tərtib olunmaması və digər səbəblər olub. Düzdür, Avropa Məhkəməsi çevik bir qurum deyil. Ancaq biz onlara ölkəmizə qarşı qərarlar çıxarmağa görə səbəblər verməli deyilik”, - o bildirib.