Təhsil Nazirliyində Elinanın intiharı ilə bağlı FÖVQƏLİCLAS KEÇİRİLDİ
    • 10-04-2019, 16:05
    • 1 105

Təhsil Nazirliyində Elinanın intiharı ilə bağlı FÖVQƏLİCLAS KEÇİRİLDİ

Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Bu barədə News24.az-a Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.