Skuter sürən şəxsi avtomobil vurdu - ANBAAN VİDEO
    • 26-12-2023, 10:53
    • 101

Skuter sürən şəxsi avtomobil vurdu - ANBAAN VİDEO

İşıqforun işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub.

News24.az xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib:

"Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda svetofor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir".