Faciəvi şəkildə ölən Muradın FOTOSU
    • 19-05-2024, 12:24
    • 430

Faciəvi şəkildə ölən Muradın FOTOSU


Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun meyiti bu gün səhər saatlarında çayın Gəncə şəhərindən keçən hissəsində aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, hadisə yeniyetmənin iki dostu ilə çayın üzərindən keçmək istəyərkən baş verib.

Qeyd edək ki, 14 yaşlı Murad Kəlbəcər sakini olub. 

Faktla bağlı araşdırma aparılır.