-
- 26-12-2023, 11:37
- 195
Quraqlıq təbii fəlakətlər siyahısına daxil edilməlidir - Deputat
Quraqlıq təbii fəlakətlər siyahısına daxil edilməlidir.
News24.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında millət vəkili Əli Məsimli təklif edib.
Onun sözlərinə görə, quraqlıq başqa təbii fəlakətlərlə müqayisədə daha böyük ziyan vurur və bu səbəbdən də təbii fəlakətlər siyahısına daxil edilməlidir
Quraqlıq zamanı sahibkarlar nəinki təsərrüfatdan gəlir götürmür, hətta investisiyalarını itirirlər. Müflis olmaq təhlükəsi qarşısında qalırlar. Təklif edirik ki, sel və digər təbii fəlakətlər kimi quraqlıq da bu siyahıya daxil edilsin. Bu səbəbdən qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişikliyin edilməsinə ehtiyac var.
Qumral