-
- 20-08-2023, 20:18
- 154
İstanbulda quraqlıq təhlükəsi: əhaliyə çağırış - VİDEO
İstanbul meri Əkrəm İmamoğlu 16 milyon əhalisi olan şəhərin sakinlərini Türkiyə metropolisindəki quraqlıq təhlükəsi ilə əlaqədar suya qənaət etməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə İstanbul meri X (Tviter) hesabında yazıb.
“Proqnozlara görə, bu həftə İstanbulda yağıntı gözlənilmir. Bütün vətəndaşlarımızı sudan istifadə edərkən və ona qənaət edərkən daha diqqətli olmağa çağırıram. Şəhərimiz və ölkəmiz quraqlıq təhlükəsi ilə üz-üzədir”, - o yazıb.
Ətraflı RTV-nin süjetində: