SON DƏQİQƏ: ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü
    • 26-12-2023, 14:02
    • 357

SON DƏQİQƏ: ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə News24.az-a ANAMA-dan bildirilib.

O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.