Qarajdan kişi və qadın müəllimin meyiti tapıldı
    • 26-12-2023, 21:43
    • 160

Qarajdan kişi və qadın müəllimin meyiti tapıldı

İrkutskda içəridən kilidlənmiş qarajda ibtidai sinif müəlliminin və bir kişinin meyiti tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, meyitlər Rasputin küçəsindəki fərdi evin ərazisindəki qarajda aşkarlanıb. Onların bədənlərində zorakılıq əlamətləri aşkar edilməyib. Onların təxminən 1 gün qarajda qaldıqları bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır. Qadın və kişinin qazdan zəhərləndiyi ehtimal edilir.