10 milyonuncu sakinin doğum haqqında şəhadətnaməsi verildi - FOTO
    • 10-04-2019, 17:56
    • 1 125

10 milyonuncu sakinin doğum haqqında şəhadətnaməsi verildi - FOTO

Azərbaycan Respublikasının 10 milyonuncu sakini Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi aprelin 10-da onun valideynlərinə təqdim olunub.

News24.az
AZƏRTAC-a istinadən xəbər verir ki, şəhadətnamə Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində təntənəli şəkildə təqdim edilib.

Xatırladaq ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.