Ölkəmizin 10 milyonuncu sakini doğuldu
    • 6-04-2019, 11:32
    • 1 106

Ölkəmizin 10 milyonuncu sakini doğuldu

Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. 

News24.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.