Netanyahu sülhün şərtini açıqladı:
    • 27-12-2023, 15:30
    • 162

Netanyahu sülhün şərtini açıqladı: "Qəzza zolağı demilitarizasiya olunmalı"

İsrailin baş naziri Benyamin Netanyahu yalnız Qəzza zolağında demilitarizasiya və deradikalizasiya olacağı təqdirdə Fələstinlə sülhün mümkün olacağını bildirib.

News24.az  xəbər verir ki, bu barədə "La Stampa" qəzeti məlumat yayıb.

Netanyahu Yaxın Şərqdəki münaqişəni "sivil dünyanın barbarlıqla böyük döyüşü" adlandırıb.

O bildirib ki, HƏMAS məhv edilməli, Qəzza zolağı demilitarizasiya olunmalı, Fələstin cəmiyyəti isə radikallığa son qoymalıdır: "Bunlar İsraillə Qəzzadakı fələstinli qonşuları arasında sülhün üç şərtidir”.

Ayşən