Nazirlikdən qızılca ilə bağlı növbəti ÇAĞIRIŞ
    • 27-12-2023, 15:34
    • 176

Nazirlikdən qızılca ilə bağlı növbəti ÇAĞIRIŞ

Qızılca xəstəliyinə yoluxan insanların simptomları uşaq və böyüklər üçün eynidir, lakin böyüklər xəstəliyi daha ağır keçirir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

O bildirib ki, 40 yaş üzəri insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəziləri ümumiyyətlə peyvənd olunmayıb.

A.Əliyeva xatırladıb ki, qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir: “Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər. Peyvənd iki doza olmaqla 1 və 6 yaşında vurulmalıdır. 6 yaşdan böyük uşaqlar üçün 4 həftə ara verməklə iki doza halında peyvənd vurula bilər”.