Bu ölkədə qızılca epidemiyası elan edildi
    • 6-12-2023, 08:42
    • 158

Bu ölkədə qızılca epidemiyası elan edildi


Rumıniyada qızılca epidemiyası elan edilib.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Qızılcaya yoluxma hallarının həyəcanverici artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib" , - Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Hazırda Rumıniyada 41 əyalətdən 29-da 2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.

Rumıniya Səhiyyə Nazirliyi ölkədə uşaqların 78%-nin peyvəndin ilk dozasını, peyvənd olunmaq hüququ olan uşaqların 62%-nin isə iki doza qəbul etdiyini bildirib. Eyni zamanda, son 10 ildə ölkədə peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur.