Gömrükdə 20840 ədəd müxtəlif markalı siqaretlər aşkar olundu - FOTO
    • 10-04-2019, 18:22
    • 873

Gömrükdə 20840 ədəd müxtəlif markalı siqaretlər aşkar olundu - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E300" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 20840 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.