Zığ dairəsi-Hava limanı yolunda sürət həddi azaldılıb
    • 28-12-2023, 09:24
    • 137

Zığ dairəsi-Hava limanı yolunda sürət həddi azaldılıb

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı yolunda sürət həddi 20 km/saat azaldılıb.

Bu barədə News24.az-a NİİM-dən bildirilib.

Qeyd olunub ki, Aeroport şosesində isə məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.