"Sülh bütün problemlərin həlli demək olmayacaq" - Politoloq
    • 28-12-2023, 12:39
    • 244

"Sülh bütün problemlərin həlli demək olmayacaq" - Politoloq

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir. Buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olmayacaq”.

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyb.

Onun sözlərinə görə, sülh sazişnin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. 

“Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq, bunlar sonrakı danışıqlar predmetidir. Tərəflər sülh sazişinin imzalanmasına nə qədər yaxındırlarsa, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması mövzularına vaxt daha çox sərf olunacaq”.

Ayşən