Elektron ədliyyə köşkü bütün sərhəd məntəqələrində quraşdırılacaq RƏSMİ
    • 10-04-2019, 19:31
    • 1 701

Elektron ədliyyə köşkü bütün sərhəd məntəqələrində quraşdırılacaq RƏSMİ

Beynəlxalq hava limanında elektron ədliyyə köşkü qurulub. Bu barədə News24.az-a Ədliyyə Nazirliyi informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi  Ağakərim Səmədzadə məlumat verib: “Elektron ədliyyə köşkü beynəlxalq hava limanında ilk belə köşk artıq qurulub. Bayram günləri vətəndaşlar xaricə gedir, həmin köşkdən istifadə edir. Onun bir neçə funksiyası var. Yetkinlik yaşına çatmayan uşaq ölkədən çıxması üçün valideynlərindən biri və ya hər iki valideynin icazəsi olmalıdır. Təəssüflər olsun ki, insanlar bütün hazırlıq işlərini görürlər, razılıq ərizəsinin verilməsini unudurlar. Gəlib hava limanında ciddi problemlərlə üzləşirlər. Bu köşk bizə imkan verir ki, artıq vətəndaş notariusdan əlaqə yaratsın, müvafiq sənədləri əldə edə bilsin. İlkin mərhələdə Bakı limanında quraşdırılıb, amma gələcəkdə digər sərhədkeçmə məntəqələrində də belə köşklərin quraşdırılması nəzərdə tutulur.  

Afaq Mirayiq