-
- 10-04-2019, 19:21
- 1 197
Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının birgə brifinqi baş tutub
Bu gün Bakı Biznes Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat və notariat fəaliyyəti, tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları, elektron sistemlər və müxtəlif reyestrlər barədə növbəti brifinq keçirilib. News24.az xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədri Əflatun Amaşov açıq hökumətin təşviqi prinsipindən irəli gələrək əhalinin mütəmadi maarifləndirilməsi işində vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edib, bu baxımdan belə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, fəaliyyətini hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Ədliyyə Nazirliyi media orqanları ilə əməkdaşlığa daim xüsusi önəm verir və nazirliyin bütün fəaliyyət istiqamətləri barədə brifinqlərin keçirilməsi mütəmadi xarakter daşıyır.
Sonra nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə və Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat veriblər.
Brifinqdə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan media nümayəndələrinə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislərini vahid şəbəkədə birləşdirən "Elektron notariat" informasiya sistemi barədə məlumat verilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında qəbul edilmiş "Notariat haqqında" Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olunub.
Sonra məsafədən xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan notariusların xüsusi səyyar çantaları, habelə bu yaxınlarda istifadəyə verilmiş elektron ədliyyə köşkü barədə məlumat verilib.
Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, onların səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bu sahədə yoxlamaların dayandırılması ilə bağlı imzalanan fərman və sərəncamlar, qanunvericiliyə edilmiş mütərəqqi dəyişiklikliklərə əsasən iştirakçısı olduqları müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları xüsusilə vurğulanıb.
Brifinqdə, həmçinin ədliyyə orqanları tərəfindən əhaliyə 30-dan çox elektron xidmətlərin göstərilməsi, onların səmərəliliyinin artırılması və tətbiqinin genişləndirilməsi vurğulanıb. İnnovativ həllərin tətbiqinin məhkəmələrin fəaliyyətində də geniş vüsət aldığı, “Elektron məhkəmə” informasiya sisteminin vətəndaşların məhkəmələrə elektron müraciət imkanlarını yaratdığı, ədalət mühakiməsinin əlçatanlığını asanlaşdırdığı qeyd olunub.
Afaq MİRAYİQ