Türkiyədən mühüm addım: danışıqlara başlanıldı
    • 29-12-2023, 13:45
    • 209

Türkiyədən mühüm addım: danışıqlara başlanıldı


"Türkiyə F-16 döyüş təyyarələrində istifadə edilən “GE Aerospace” mühərriklərinin yerli döyüş təyyarəsi KAAN-da istifadə məqsədilə birgə istehsal üçün ABŞ-dan icazə istəyib. 
KAAN “General Electric” şirkəti tərəfindən istehsal olunan F110 mühərriklərindən istifadə edir".


News24.az xəbər verir ki, bu barədə “Bloomberg"  məlumat yayıb.

Türkiyənin Milli Döyüş Təyyarəsi layihəsi çərçivəsində prototiplərdə istifadə olunacaq F110 mühərriklərinin ilk partiyası 2022-ci ildə təhvil verilib.
Müdafiə Sənayesi Nazirliyinin idarə rəisi Abdurrahman Şeref Can F110 mühərriklərinin ABŞ tərəfindən Türkiyəyə gətirildiyini və ilk 3 KAAN prototipində istifadə olunduqdan sonra 6 ədəd F110-un alındığını açıqlayıb.

Türkiyə F110 mühərrikləri ilə yanaşı, Britaniyanın “Rolls-Royce” şirkəti ilə də təyyarə mühərriklərinin birgə istehsalı ilə bağlı danışıqlar aparır. Danışıqlar ilkin mərhələdədir, tərəflər konsorsiumun tərkibi ilə bağlı hələlik razılığa gələ bilməyib. Artıq “Rolls-Royce”un Türkiyənin “Kale” Qrupu ilə birgə müəssisəsi var, razılıq əldə olunarsa, mühərriklər burada istehsal olunacaq.


KAAN-ın ilk uçuşu üçün hazırlıq və sınaqlar davam edir. Sınaqlar tamamlandıqdan sonra KAAN-ın bir neçə həftə ərzində ilk uçuşunu həyata keçirməsi gözlənilir.


Yerli beşinci nəsil döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə 2028-ci ildə təhvil verilməsi planlaşdırılır.

Ayşən