Bayram günlərində hava necə olacaq? - PROQNOZ
    • 29-12-2023, 16:26
    • 202

Bayram günlərində hava necə olacaq? - PROQNOZ

Azərbaycanda bayram günlərində hava şəraiti məlum olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov  bildirib ki, dekabrın 31-i və bayram günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti proqnozlaşdırılır:

"Mülayim cənub qərb küləyi əsəcək".