-
- 11-04-2019, 11:09
- 1 100
“Formula 1”in sabiq sahibi Bakıya gələcək
Formula 1”in sabiq sahibi Berni Ekklstoun növbəti dəfə Bakıya gələcək.
News24.az “Report”a istinadən məlumat verir ki, 89 yaşlı britaniyalı iş adamı bu barədə “Corriere della Sera”ya müsahibəsində bildirib. O, “Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisini izləmək üçün Bakıya səfər edəcəyini söyləyib.
Keçmiş funksioner cari mövsümdə cəmi 2 mərhələni canlı izləməyi planlaşdırıdığını deyib: “Həftəsonu Çində baş tutacaq yarışa Londonda televiziya vasitəsi ilə baxacağam. Şanxaya getmək istəyirdim, amma fikrimi dəyişdim. Ola bilsin, Bakıya yollandım və Barselonadakı yarışı buraxmadım”.
B.Ekklstoun “Formula-1” 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. O, əvvəlki illərdə də Azərbaycan Qran-prisini izləmək üçün Bakıya gəlib.
Qeyd edək ki, Azərbaycan 26 - 28 apreldə 4-cü dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək.