Kerem Aktürkoğlu əməliyyat olundu
    • 30-12-2023, 18:30
    • 226

Kerem Aktürkoğlu əməliyyat olundu


"Qalatasaray" Kərəm Aktürkoğlunun burun əti böyüməsi və burun divarı problemi səbəbiylə əməliyyat olunduğunu açıqlayıb.

News24.az Lent.az-a istinadla bildirir ki, açıqlamada bildirilir:  “Peşəkar futbolçumuz Kerem Aktürkoğlu, sponsorumuz olan Medicana Ataköy xəstəxanasında turbinat hipertrofiyası və burun çəpərinin deviasiyası (burun ətinin böyüməsi və burun divarı problemi) səbəbiylə uğurlu əməliyyat keçirib.

Futbolçumuzun səhhəti yaxşıdır və gecəni xəstəxanada müşahidə altında keçirəcək.Oyunçumuza tezliklə sağalmasını arzulayırıq”.