-
- 4-11-2023, 00:11
- 305
Məşhur müğənninin burun qığırdaqları və sümükləri çıxarıldı
İllər əvvəl burun əməliyyatı zamanı qığırdaqları ilə yanaşı sümükləri də çıxarılan müğənni Murad Dalkılıç 8-ci dəfə əməliyyat olunub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, 40 yaşlı sənətçi yenidən əməliyyat masasına uzanmalı olub. Bu barədə sənətçi özü instaqramda məlumat yayıb. İbtidai sinifdə oxuduğu vaxtdan burnundan əməliyyat olunan Murad Dalkılıç ona göndərilən gülləri sosial media hesabında paylaşıb və əməliyyat keçirdiyini deyib:
“Şükürlər olsun ki, səkkizinci dəfə burnumu əməliyyat etdirəndə evim çiçək gördü".
Qeyd edək ki, sənətçi əvvəllər verdiyi müsahibələrdə bildirib ki, ibtidai məktəbdə oxuyarkən plastik burun əməliyyatı keçirib.
"Burun sümüklərim çıxırdı. Həkim sümükləri götürəndə qığırdaqlarımı da çıxartdı. Həyatımın ən çətin dövrləri başladı. Daha etməyəcəyəm, yoruldum", - ulduz keçmiş açıqlamalarında bildirib.